Armenian Expert’s APPEAL to Putin: “Karabakh Is Slipping Away”
Erməni ekspertin Putinə MÜRACİƏTİ: “Qarabağ əldən gedir”
Read the original publication
Complete translation from Azerbaijani, prepared with AI assistance. The full original text is available below for comparison.
The turbulent political processes unfolding inside Armenia and the weakening of the country’s international image cannot fail to cause alarm in official Yerevan.
The occupation policy pursued by Armenia’s authorities and its negative manifestations also concern Armenians living outside the country.
The point is that the weakening political strength of Serzh Sargsyan’s government creates conditions for the occupied Azerbaijani lands to slip out of Armenia’s hands, and Armenian society understands this well.
It is no coincidence that Armenian President Serzh Sargsyan, aware that his military, political and international ties have been deteriorating for years, had emphasized that he was openly alarmed by Russia’s arms sales to Azerbaijan.
After that, Armenian officials repeatedly stated that the weapons Azerbaijan had purchased posed a threat to them on the Karabakh front. Against a backdrop of Armenia’s declining standing, incidents in the army, increasing military casualties and, on top of that, Russia’s purchase of weapons for Azerbaijan, Armenians living abroad also fear that the Nagorno-Karabakh conflict will be resolved in favor of Azerbaijan’s rightful position.
In this regard, an open letter from Moscow-based human rights defender and political scientist Arbak Khachatryan to Russian President Vladimir Putin draws attention.
According to Modern.az, in his April 23 appeal to the head of the Kremlin, Arbak Khachatryan noted that the deplorable situation prevailing in Armenia could very likely lead to a “second Maidan” crisis in the region. The expert said that, in the context of the Nagorno-Karabakh conflict, Russia–Azerbaijan relations were tragic for Armenia.
“We understand that Russia cannot completely abandon relations with Azerbaijan. But Baku’s political orientation does not lean toward Russia. Because Baku gives priority to cooperation with Turkey. Moreover, by deepening relations with Azerbaijan, Russia will lose Armenia, its only ally in the South Caucasus. The weapons Russia sold to Azerbaijan are already firing on Armenia,” the letter stated.
Aqşin Kərimov
Compare with the full original · Azərbaycan dili
Erməni ekspertin Putinə MÜRACİƏTİ: “Qarabağ əldən gedir”
Ermənistanın daxilində cərəyan edən təlatümlü siyasi proseslər və ölkənin beynəlxalq aləmdəki imicinin zəifləməsi rəsmi Yerevan üçün həyəcan yaratmaya bilməz.
Ermənistan hakimiyyətinin yürütdüyü işğalçı siyasət və onun mənfi təzahürləri ölkə xaricində yaşayan erməniləri də narahat edir.
Söhbət ondan gedir ki, Serj Sərkisyan hakimiyyətinin zəifləyən siyasi gücü işğal edilən Azərbaycan torpaqlarının Ermənistanın əlindən çıxmasına şərait yaradır və bunu erməni cəmiyyəti də yaxşı başa düşür.
Heç də təsadüfi deyil ki, hərbi, siyasi, beynəlxalq əlaqələrinin illərdir gerilədiyini başa düşən Ermənistan prezidenti Serj Sərkisyan Rusiyanın Azərbaycana silah satmasından açıq şəkildə əndişəyə düşdüyünü vurğulamışdı.
Bundan sonra isə Ermənistan rəsmiləri Azərbaycanın aldığı silahların Qarabağ cəbhəsində onlara təhdid yaratdığını dəfələrlə bəyan ediblər. Ermənistanın nüfuzunun aşağı düşməsi, orduda baş verən insidentlər, hərbçi itkilərinin çoxalması, üstəgəl Rusiyanın Azərbaycana silah alması fonunda xaricdə yaşayan ermənilər də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın haqlı mövqeyinin xeyrinə nəticələnəcəyindən ehtiyat edirlər.
Bu mənada Moskvada yaşayan hüquq müdafiəçisi, politoloq Arbak Xaçatryanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı açıq məktub diqqət çəkir.
Modern.az saytının məlumatına görə 23 apreldə Arbak Xaçatryan Kreml başçısına etdiyi müraciətdə qeyd edib ki, Ermənistanda hökm sürən acınacaqlı vəziyyət çox güman ki, regionda “ikinci Maydan” böhranının yaranmasına gətirib çıxara bilər. Ekspert Dağlıq Qarabağ konflikti kontekstində Rusiya-Azərbaycan əlaqələrinin Ermənistan üçün faciəvi olduğunu bildirib.
“Başa düşürük ki, Rusiya Azərbaycanla əlaqələrdən tamamilə imtina edə bilmir. Amma Bakının siyasi oriyentasiyası Rusiyaya meyllənməyib. Çünki Bakı Türkiyə ilə əməkdaşlığa üstünlük verir. Bundan başqa Rusiya Azərbaycanla əlaqələri dərinləşdirməklə Cənubi Qafqazda yeganə müttəfiqi Ermənistanı itiricək. Rusiyanın Azərbaycana satdığı silahlar artıq Ermənistanı güllələyir”,-deyə məktubda qeyd edilib.
Aqşin Kərimov